XalqXəbər.Az

XalqXeber.Az » Dünya » "McDonald"s"ın baş direktoru: Xaricdə Amerika brendlərinin populyarlığı azalıb

"McDonald"s"ın baş direktoru: Xaricdə Amerika brendlərinin populyarlığı azalıb

"McDonald"s"ın baş direktoru: Xaricdə Amerika brendlərinin populyarlığı azalıb
3-09-2025, 10:30

İstehlakçıların Amerika brendlərinə marağı azalıb.

Bu barədə "McDonald's" fastfud restoranlar şəbəkəsinin baş direktoru Kris Kempçinski CNBC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu tendensiya dünyada ABŞ-nin imicinə olan münasibətin pisləşməsi ilə bağlıdır:

"Biz dörd qlobal istehlakçı sorğusu keçirdik və soruşduq: "Amerikaya bir ölkə kimi necə baxırsınız? Amerika brendlərinə münasibətiniz necədir? "McDonald's" barədə nə düşünürsünüz?" Gördük ki, Amerikanın ətrafındakı aura bir qədər solğunlaşıb". 

O həmçinin əlavə edib ki, aparılan araşdırmaya əsasən, bu imic dəyişikliyi "McDonald's" brendinə təsir etməyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.