Almaniya kansleri: Ukrayna məğlub olarsa, növbə bizə çatacaq
“Müharibələr tərəflərdən birinin hərbi məğlubiyyəti, yaxud da iqtisadi və ya hərbi tükənmə nəticəsində başa çatır. Lakin müşahidələr onu göstərir ki, nə Moskva, nə də Kiyev müharibəni bitirməyə yaxındır”.
Bunu Almaniya kansleri Fridrix Merz ZDF-yə müsahibəsində deyib.
Merz vurğulayıb ki, hazırkı diplomatik səylər müharibəni dayandırmağa yönəlib, lakin bu səylər Ukraynanın təslim olması bahasına deyil.
“Ukrayna müstəqilliyini itirsə, sırada başqa ölkə olacaq. Ondan sonra isə növbə bizə çatacaq. Bu, seçim deyil", - Mürz qeyd edib.
Alman kansler əlavə edib ki, hazırda müttəfiqləri Kiyevin təhlükəsizliyini və ölkənin uzun müddətə müdafiəsini təmin etmək üçün Ukraynaya dəstək vermək niyyətindədir.
2026-cı ildə atəşkəsin əldə olunacağına ümid edirsinizmi sualına kansler belə cavab verib: “Mən buna nail olacağımıza ümidimi itirməmişəm, lakin mənim də heç bir illüziyam yoxdur”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır