KİV: Səudiyyə Ərəbistanı sahillərində hücuma məruz qalan gəmi İsrailə məxsusdur
Səudiyyə Ərəbistanının Yanbu şəhəri yaxınlığında hücuma məruz qalan tanker Liberiya bayrağı altında üzür və İsrailə məxsusdur.
Bu barədə "Reuters" agentliyi Böyük Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış "Ambrey" şirkətinə istinadən məlumat yayıb.
Avqustun 31-də axşam, Böyük Britaniya donanması Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO), Qırmızı dənizdəki Yanbu dan 40 dəniz mili cənub-qərbdə gəmi ilə bağlı hadisəsi haqqında siqnal alıb. Açıqlamada bildirilir ki, gəminin ekipajı yüksək səs eşidib və naməlum mərmidən sıçrayışlar görüb.
Koordinasiya mərkəzi əlavə edib ki, hücum adlandırılan hadisə nəticəsində heç kim xəsarət almayıb. "Ambrey" hücumun arxasında 2023-cü ilin payızından bəri Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında Yəmənin İsraillə əlaqəli gəmilərə zərbələr endirən husi üsyançı hərəkatı "Ənsar Allah" hərəkatının ola biləcəyi versiyasını irəli sürüb. Husilər İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı davam edincə dayanmayacaqları barədə xəbərdarlıq ediblər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır