XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Putin Çində Ərdoğan, Pezeşkian və digər liderlərlə görüşəcək

Putin Çində Ərdoğan, Pezeşkian və digər liderlərlə görüşəcək

Putin Çində Ərdoğan, Pezeşkian və digər liderlərlə görüşəcək
29-08-2025, 18:54

Rusiya Prezidenti Vladimir Putin Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian və Hindistanın Baş naziri Narendra Modi ilə də görüşlər keçirəcək.

Bu barədə ölkə Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin Modi ilə prezidentin dekabrda Hindistana planlaşdırılan səfərini müzakirə edəcək.

Ərdoğan və Pezeşkian ilə müzakirələr Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla beynəlxalq gündəmə həsr olunacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.