İranlı deputatdan ŞOK AÇIQLAMA: “Netanyahu müharibənin ilk gecəsi Putinə zəng edib”
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi İsrailin baş naziri Benyamin Netanyahunun İrana hücumun ilk gecəsi Rusiya prezidenti Vladimir Putinə zəng etdiyini bildirib.
Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
İranın dövlət televiziyasının verilişlərindən birinə qonaq olan villət vəkili deyib: “Netanyahu həmin gecə Putinə zəng edib və deyib ki, İranın işi bitib, növbəti mərhələni gözləyin!”
Deputat iddia edib ki, Netanyahunun bu cür çıxışları “İranın gücünü yetərincə anlamadan” verilir.
“Onlar bizim gücümüzü başa düşmürlər. Bu o demək deyil ki, biz müharibə niyyətindəki, ancaq öz təhlükəsizliyimizi və maraqlarımızı müdafiə edirik”, - deyə Borucerdi vurğulayıb.
O, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasının gündəmdə olub-olmaması ilə bağlı suala da cavab verib: “Düşünürəm ki, bir çox variant masadadır. Bu mövzuda qərarları isə Ali Milli Təhlükəsizlik Şurası və siyasi qurumlar verəcək”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır