Norveç və Almaniya Ukrayna üçün “Patriot” sistemlərinin alınmasını maliyyələşdirəcək
Norveç və Almaniya Ukrayna üçün iki “Patriot” kompleksinin və raketlərin alınmasını maliyyələşdirəcək.
Bu barədə Norveçin Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Bundan əlavə, Norveç Almaniyadan Ukraynaya gətiriləcək hava hücumundan müdafiə sistemləri üçün təxminən 7 milyard kron (695 milyon dollardan çox) ayıracaq.
"Almaniya ilə birlikdə hazırda Ukraynaya güclü hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını təmin edirik. Almaniya və Norveç Ukraynanı ölkənin müdafiəsi və mülki əhalinin Rusiyanın hava hücumlarından müdafiəsi uğrunda apardığı mübarizədə dəstəkləmək üçün sıx əməkdaşlıq edir", - Baş nazir Yonas Qar Styore bildirib.
Oslo alman istehsalçısı “Hensoldt”dan hava hücumundan müdafiə radarlarını və Konqsberqdən hava hücumundan müdafiə sistemlərini alacaq.
"Hava hücumundan müdafiə hərbi hissələrin və infrastrukturun mühafizəsi üçün də mühüm əhəmiyyət kəsb edir. İndi biz Almaniya ilə birlikdə səylərimizi daha da artırırıq", - müdafiə naziri Tore O. Sandvik bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır