Dövlət Departamenti Javelin nişangahlarının Avstraliyaya mümkün satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Avstraliyaya Javelin tank əleyhinə raket nişangahlarının və müvafiq logistikanın 97,3 milyon dollara potensial satışını təsdiqləyib.
Bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Sənəddə vurğulanıb ki, təklif edilən satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq, çünki Avstraliya Vaşinqtonun regiondakı ən mühüm müttəfiqlərindən biridir.
Agentliyin məlumatına görə, ABŞ Avstraliyanın müdafiəsini gücləndirməkdə maraqlıdır.
ABŞ administrasiyası qeyd olunan sistemlərin mümkün satışını təsdiqləmək barədə qərarını artıq Konqresə bildirib. Qanunverici orqanın potensial sövdələşməni və onun mümkün bloklanmasını nəzərdən keçirmək üçün 30 gün vaxtı var.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır