XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatlarını açıqlayıb

Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatlarını açıqlayıb

Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatlarını açıqlayıb
19-08-2025, 11:00

Təkcə Avropa müttəfiqləri deyil, həm də Avropadan kənar ölkələr Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasında və təmin olunmasında iştirak edəcəklər.
Bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
"Biz Avropalı müttəfiqlərimizlə və yeri gəlmişkən, qeyri-Avropa ölkələri ilə belə təhlükəsizlik təminatları yaratmaq üçün işləyəcəyik. Biz hazırda bunun üzərində işləyirik", - Rubio bildirib.
O əlavə edib ki, zəmanətlər sülh sazişindən sonra yaradılmalıdır ki, Ukrayna gələcəkdə özünü təhlükəsiz hiss etsin.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.