Rubio, Vens, Vitkoff və Kelloq Zelenski-Trump danışıqlarına qoşulacaqlar
ABŞ dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçilər Stiv Vitkoff və Keyt Kelloq Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında Vaşinqtonda keçiriləcək danışıqlarda iştirak edəcək.
Bu barədə BBC mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, onlara Ağ Evin aparat rəhbəri Syuzan Uayls da qoşulacaq. Avropa Komissiyasının təqviminə əsasən, Zelenski hazırda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa liderləri ilə hazırlıq görüşü keçirir.
Bundan əvvəl Zelenski ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla da danışıqlar aparıb.
Avqustun 18-də Ukrayna lideri Rusiya ilə gələcək sülh sazişinin şərtlərini müzakirə etmək üçün Vaşinqtona gəlib. Əvvəlcə o, Donald Tramp və ABŞ prezidentinin komandası ilə danışıqlar aparacaq, sonra Avropa liderləri də onlara qoşulacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır