“The Telegraph”: Putin bütün Donetsk vilayətini döyüşsüz istəyir
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin müharibənin dayandırılması müqabilində Ukraynanın şərqindəki mühüm ərazilərin Moskvaya verilməsi planını dəstəklədiyini bildirib.
Bu barədə “The Telegraph” nəşri mənbələrə istinadən xəbər verib.
Qeyd olunub ki, Kreml Ukraynadan hazırda bəzi hissələri Kiyevin nəzarətində olan Donetsk bölgəsini verməsini tələb edib.
Buna cavab olaraq Putin cəbhə xəttini donduracağını və növbəti hücum hərəkətlərini dayandıracağını vəd edib. KİV-in məlumatına görə, bu tələblər Putinin Alyaskada Trampla görüşündə səsləndirilib.
Bazar ertəsi (18 avqust) Tramp bu şərtləri Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenskiyə təqdim etməyi planlaşdırır.
Respublikaçı mənbələr Trampın ərazi güzəştlərini “sülhün qiymətinin bir hissəsi” kimi gördüyünü bildirib. Eyni zamanda o, Kiyevə NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təklif edib ki, bu da ABŞ və Avropa müttəfiqlərini Rusiyanın yeni təcavüzünə cavab verməyə məcbur edəcək.
Avropa liderləri Zelenskinin Ukrayna torpaqlarının təhvil verilməsi ilə bağlı Trampın kəskin reaksiyasına səbəb ola biləcək istənilən təklifi qəti şəkildə rədd edəcəyindən narahatdırlar.
Böyük Britaniya, Fransa və Almaniyanın başçılıq etdiyi koalisiya liderlərinin sammitdən əvvəl bazar günü Vaşinqtonda görüşü planlaşdırılır. London vurğulayıb ki, ərazi güzəştləri ilə bağlı istənilən razılaşma yalnız Ukrayna hökumətinin razılığı ilə edilə bilər.
Prezident Zelenski əhaliyə müraciətində müttəfiqlərinə dəstəyə görə təşəkkür edib və bildirib ki, “Ukrayna öz ərazilərindən imtina etməyi müzakirə etməyə hazır deyil”. Onun sözlərinə görə, sülhün əsas şərti “qətllərə tam son qoyulması və ukraynalıların təhlükəsizliyinə təminat verilməsi” olaraq qalmalıdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır