Ukrayna aviaşirkəti səhlənkarlıqda günahlandırılıb, İranda ölən sərnişinlərin ailələrinə zərəri ödəməli olacaq
Ontario Apellyasiya Məhkəməsi "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinin 2020-ci il yanvarın 8-də Tehranda PS752 reysini yerinə yetirən təyyarənin vurulmasına görə məsuliyyət daşıması ilə bağlı qərarı təsdiqləyib.
Bu barədə "Avropa həqiqəti" nəşri məhkəmə qərarına istinadən bildirib.
Məhkəmə "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinin Tehrandan uçuşların həyata keçirilməsi ilə bağlı riskləri qiymətləndirməməsini səhlənkarlıq adlandırıb. Aviaşirkət qəza nəticəsində həlak olan bütün sərnişinlərin ailələrinə zərəri tam şəkildə ödəməlidir.
Xatırladaq ki, təyyarə Kiyevə uçarkən Tehran yaxınlığında qəzaya uğrayıb.
İran rəsmi etirazlardan bir neçə gün sonra İslam İnqilabı Keşikçiləri Korpusunun bölməsinin ABŞ ilə gərginliyin artması fonunda (yüksək rütbəli general Qasım Süleymaninin Bağdad yaxınlığında öldürülməsi səbəbindən) təyyarəni bilmədən vurduğunu etiraf edib.
Qəza nəticəsində təyyarədə olan 176 nəfər - 167 sərnişin və 9 ekipaj üzvü həlak olub. Ölənlərin əksəriyyəti iranlılar və kanadalılar olub, onlardan 11-i Ukrayna vətəndaşı idi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır