Putini Alyaskada ABŞ-nin xüsusi xidmət orqanları mühafizə edəcək
Rusiya təhlükəsizlik qüvvələri və ABŞ-nin Məxfi Xidməti Rusiya Prezidenti Vladimir Putinin Alyaska səfəri zamanı onun təhlükəsizliyini birgə təmin edəcək.
Bu barədə TASS ABŞ Məxfi Xidmətinin keçmiş əməkdaşı Robert Makdonalda istinadən məlumat yayıb.
Makdonald vurğulayıb ki, siyasi fikir ayrılıqları dövlət başçılarının səfərlərinin təhlükəsizlik protokoluna təsir etmir.
"Prezident Putinin Rusiyadan şəxsi mühafizəsi və ABŞ-nin Məxfi Xidmətindən əlavə müdafiəsi olacaq. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur", - ekspert bildirib.
Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək.
Kreml sammitin tarixini və yerini təsdiqləyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Alyaskanın seçilməsi məntiqlidir - Rusiya Federasiyası və ABŞ-nin iqtisadi maraqları burada, o cümlədən Arktikada kəsişir.
Danışıqların əsas mövzusu Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanmasının axtarışıdır. Moskva Trampı növbəti görüşü Rusiyada keçirməyə dəvət edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır