“Google”a “Chrome” brauzeri üçün 34,5 milyard dollar təklif edilib
Süni intellektin inkişafı üzrə ixtisaslaşmış Amerika şirkəti “Perplexity” “Google” şirkətinə “Chrome” brauzerini 34,5 milyard dollara almaq təklifi göndərib.
Bu barədə "The Wall Street Journal" (WSJ) yazır.
Nəşrin məlumatına görə, təklifin məbləği 18 milyard dollar dəyərində qiymətləndirilən “Perplexity”nin özünün bazar dəyərindən təxminən iki dəfə çoxdur. Şirkət alışı maliyyələşdirmək istəyən bir sıra investorların dəstəyini aldığını bildirib.
Təklif ABŞ məhkəməsində “Google”un veb-axtarış bazarında inhisar mövqeyini zəiflətmək üçün brauzeri satmağa mümkün məcburiyyəti ilə bağlı işə baxılması fonunda verilib. Mütəxəssislər hesab edir ki, "Perplexity" təşəbbüsü maraqlı alıcının olması üçün siqnal kimi qəbul edilə bilər.
Eyni zamanda, "Google" şirkəti "Chrome"u satmaq fikrindən imtina edərək, bunun korporasiyanın biznesinə xələl gətirə, yeni texnologiyaların inkişafını məhdudlaşdıra və kibertəhlükəsizlik risklərini artıra biləcəyini açıqlayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır