İran XİN Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayıb
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan arasında sülhü alqışlayıb.
Bu barədə nazirlik açıqlama yayıb.
Bildirilib ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülhü alqışlamaqla yanaşı, ümumi sərhədlər yaxınlığında xarici müdaxilənin istənilən forma və növünün mənfi nəticələri barədə xəbərdarlıq edib.
Bəyanatda qeyd olunub ki, İslam Respublikası Cənubi Qafqaz regionundakı cari tendensiyaları diqqətlə izləyir və bu hadisələrlə bağlı hər iki qonşu ölkə - Azərbaycan Respublikası və Ermənistan Respublikası ilə əlaqə saxlayır: “Qafqaz regionunda sülh və sabitlik, şübhəsiz ki, regionun bütün ölkələrinin maraqlarına cavab verir. İran İslam Respublikası iki ölkə arasında sülh sazişi mətninin hazırlanmasının başa çatmasını alqışlayaraq bu hadisəni regionda davamlı sülhə nail olmaq yolunda mühüm addım hesab edir”.
Nazirlik ümumi sərhədlər yaxınlığında regionun təhlükəsizliyini və uzunmüddətli sabitliyini pozan istənilən formada və növdə xarici müdaxilənin mənfi nəticələri ilə bağlı narahatlığını ifadə edib: “İran milli hüquq və maraqlarının təmin edilməsi üçün bütün siyasi, hüquqi, iqtisadi tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, kommunikasiya yollarının qurulması və əlaqə şəbəkələrinin blokdan çıxarılmasının qarşılıqlı maraqlar çərçivəsində, region ölkələrinin milli suverenliyinə və ərazi bütövlüyünə hörmətlə və xarici müdaxilə olmadan həyata keçirilərsə, region ölkələrinin sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcəyini hesab edir”.
Nazirlik İslam Respublikasının "3+3" formatında ikitərəfli və regional əməkdaşlıq vasitəsilə regionda sülh, sabitlik və iqtisadi inkişafı təmin etmək məqsədilə həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə konstruktiv, qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır