Pakistandan Ukraynaya SƏRT MESAJ: “Qətiyyətlə rədd edirik!”
İslamabad Ukrayna prezidenti Volodimir Zelenskinin Pakistan vətəndaşlarının Ukrayna ərazisində gedən döyüşlərdə iştirak etməsi ilə bağlı iddialarına sərt cavab verib.
Pakistan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bu iddiaları qəti şəkildə rədd edib.
“Pakistan hökuməti vətəndaşlarının Ukraynadakı müharibədə iştirakı ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir”, – bəyanatda qeyd olunub.
Nazirlik əlavə edib ki, indiyə qədər Ukrayna tərəfindən rəsmi olaraq heç bir müraciət daxil olmayıb və bu cür iddiaları əsaslandıracaq heç bir sübut təqdim edilməyib.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski də bu yöndə açıqlama verib.
Pakistan tərəfi isə bəyan edib ki, ölkə Rusiya-Ukrayna müharibəsinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun şəkildə, sülh yolu ilə həllini dəstəkləyir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır