Rubio: HƏMAS silahı yerə qoyub bütün girovları azad edəndə Qəzzada müharibə bitəcək
HƏMAS silahı yerə qoyub bütün girovları azad edəndə Qəzzada müharibə bitəcək.
Bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində deyib.
"Biz bütün girovlarla maraqlanırıq və Qəzzada baş verənlərin çox sadə həlli var. Bütün girovları azad edin, silahlarını yerə qoyun və HƏMAS üçün müharibə bitəcək. Onlar açıq şəkildə bununla razılaşmayacaqlar", - o qeyd edib.
Dövlət katibinin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff artıq bir neçə həftədir ki, bu münaqişənin həlli üçün çox çalışır və o, mühüm irəliləyiş əldə etməyə və yekun məqsədə yaxınlaşmağa nail olub.
"Biz indi istənilən gün atəşkəs razılaşmasına nail ola biləcəyimizə ümid edirik ki, orada ölənlər də daxil olmaqla, girovların ən azı yarısı, bu 60 günlük müddətin sonunda isə qalan girovlar azad edilsin", - Rubio bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır