Türkiyə Əl Şaraanın həyatını üç dəfə xilas edib - ŞOK DETALLAR
Suriyanın keçid dövrü prezidenti olan Əhməd Əl-Şaraa son yeddi ay ərzində üç sui-qəsd cəhdinin hədəfi olub.
Bu barədə Yeni Şafak qəzeti yazır.
İsrailin nüfuzlu "Yedioth Ahronoth" nəşrinin reportajında bildirilir ki, bu sui-qəsdlərdən ən azı biri Türkiyə təhlükəsizlik qüvvələrinin birbaşa müdaxiləsi nəticəsində uğursuzluğa düçar olub.
Mənbələrin məlumatına görə, Şaraaya ilk sui-qəsd paytaxt Dəməşqdə yerləşən Qəsr əş-Şaab sarayının çıxışında baş verib. Şübhəli hərəkətləri müşahidə edən Türkiyə təhlükəsizlik qüvvələri dərhal müdaxilə edərək hücum edən şəxsi zərərsizləşdiriblər. Məqalədə diqqətçəkən bir ifadə yer alıb: “Türklər Şaraanın həyatını xilas etdilər”.
İkinci sui-qəsd cəhdi isə İordaniya ilə sərhəddə yerləşən Dəra vilayətində qeydə alınıb. Əhməd əş-Şəraa bölgəyə səfəri zamanı karvanın hərəkət marşrutu üzərində Suriya və Türkiyə təhlükəsizlik qüvvələri iki şübhəlini saxlayıblar. Hücumun diqqəti yayındırmaq məqsədi daşıyan manevr nəticəsində öncədən qarşısı alınıb. Bu hadisə ictimaiyyətə açıqlanmadan ört-basdır edilib.
Üçüncü və ən təhlükəli sui-qəsd planı Dəməşqdə Şəraanın istifadə etdiyi müəyyən marşrut üzrə silahlı pusqu təşkilini nəzərdə tuturdu. Hücum Türkiyə və yerli kəşfiyyat orqanları tərəfindən son anda aşkar edilərək qarşısı alınıb. Bu insidentdən dərhal sonra Əhməd əş-Şaraanın qəfil şəkildə Dəməşqdən ayrılması ictimaiyyətin diqqətini cəlb edib.
İsrail və ərəb mətbuatı yazır ki, prezident Şəraa hadisələrlə bağlı ictimaiyyətə heç bir məlumat verilməməsi barədə göstəriş verib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır