Rusiyadan işçi miqrantlarla bağlı daha bir tələb
Rusiya işçi miqrantlarla bağlı qanunu sərtləşdirib.
Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi qanun layihələrinə dəyişiklik edib. Yeni dəyişikliklə sürücü, satıcı və tibb işçisi vəzifələrinə qəbul edilən miqrantlar rus dilini və Rusiya tarixini bilmək üçün imtahan vermək tələbindən azad edilməyəcək.
Bu barədə Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini Andrey Pudov Dövlət Dumasının Əmək komitəsinin iclasında bildirib.
Beləliklə, Rusiya vətəndaşları ilə qarşılıqlı əlaqə və ünsiyyət qura bilməyən peşə sahibləri üçün işəgötürənlərin müraciətlərini kvotalara daxil etmək mümkün olmayacaq.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin Əmək və Sosial Müdafiə Nazirliyini Rusiyaya kvota əsasında dəvət olunan miqrant peşələrinin siyahısına diqqətlə baxmağı təklif edib.
“Niyə dili bilməyənləri siyahıya salmağı təklif edirsiniz? Sürücülər, satıcılar ünsiyyət qurmalıdırlar, dil bilməlidirlər, qanunları bilməlidirlər”, - deyə Volodin bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır