XalqXəbər.Az

XalqXeber.Az » Dünya » “Prezident olmaq çox təhlükəli işdir” - Tramp

“Prezident olmaq çox təhlükəli işdir” - Tramp

“Prezident olmaq çox təhlükəli işdir” - Tramp
13-07-2025, 14:30

 ABŞ Prezidenti Donald Tramp prezident fəaliyyəti ilə bağlı zarafat edib.

Ağ Ev rəhbərinin sözlərini “Fox News” yayıb.

O bildirib ki, seçkiyə qatılmağın nə qədər təhlükəli olduğunu bilsəydi, namizədliyini irəli sürmək barədə iki dəfə düşünərdi, lakin heç kim ona bu barədə xəbərdarlıq etməyib.

“Prezident olmaq çox təhlükəli işdir”, - o qeyd edib.

Trampın fikrincə, prezidentin işi yarış maşını sürücüsü olmaqdan və ya öküz idarə etməkdən daha təhlükəlidir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.