Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı
İyulun 7-si odlu silahla özünü güllələyən Gürcüstanın Acarıstan Muxtar Respublikasının keçmiş hökumət sədri Tornike Rijvadze müalicə üçün Türkiyəyə aparılıb.
Bu barədə Gürcüstan mediası məlumat yayıb.
Türkiyə klinikalarından birinə köçürülən Rijvadzenin ağciyərinin zədələndiyi, vəziyyətinin sabit ağır olduğu bildirilir.
Qeyd edək ki, T. Rijvadze Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvledianiyə məxsus odlu silahla iki dəfə sinə nahiyəsinə atəş açıb.
Təcili tibbi yardım zamanı onun cibindən bir məktub tapılıb. Məktubda sabiq hökumət rəhbəri bir sıra şəxsi və siyasi məqamlara toxunub. Qeyd edib ki, son vaxtlar ona qarşı korrupsiya və narkotacirləri himayə etmək kimi ciddi ittihamlar irəli sürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə araşdırma başlanıb.
Qeyd edək ki, Tornike Rijvadze bu ilin 4 aprel tarixində Acarıstan hökumətinin sədri postundan istefa vermişdi. O, 2018-ci ildən bu vəzifəni icra edirdi və hakimiyyətin gənc simalarından biri kimi tanınırdı. İstefasından sonra mediada onun adı bir sıra qalmaqallarda hallanıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır