Makron Ərdoğanı fransalı jurnalisti sərbəst buraxmağa çağırıb
Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarına zəng edib.
Bu barədə məlumatı Yelisey sarayı yayıb. Açıqlamada deyilir ki, Makron Ərdoğandan həbsdə olan fransız jurnalistin azadlığa buraxılmasını istəyib.
Makron Ərdoğanla telefon danışığında jurnalistin həbsi ilə bağlı narahat olduğunu bildirib və Türkiyə prezidentinə "vətəndaşının ən qısa müddət ərzində Fransaya qayıda biləcəyi" barədə tələbini çatdırıb.
Yelisey sarayının açıqlamasında qeyd edilib ki, iki lider gələn həftə fransız jurnalistlə bağlı yenidən görüşəcək.
Qeyd edək ki, fransız jurnalist 26 iyul tarixində PKK-nın Suriya qolu YPG ilə bağlı reportaj hazırladığı üçün saxlanılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır