Livitt: Zelenskinin ABŞ-yə səfəri zamanı Ukrayna resursları ilə bağlı saziş imzalanmaya bilər
ABŞ Ukrayna resurslarının mənimsənilməsinə dair sazişin bağlanmasında finiş xəttinə çox yaxındır, lakin bu sənəd Prezident Volodimir Zelenskinin Vaşinqtona bu yaxınlarda gözlənilən səfəri zamanı imzalanmaya bilər.
Bunu Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlərə açıqlamasında deyib.
"Prezident Donald Trampın bəyan etdiyi kimi, nadir torpaq mineralları haqqında sövdələşmə tamamilə xüsusi əhəmiyyət kəsb edir. Biz bu sövdələşmənin bağlanması üçün finiş xəttinə çox yaxınıq", - Ağ Ev rəsmisi qeyd edib.
"Tramp dünən bildirib ki, sənədin imzalanması üçün Zelenskini Ağ Evdə salamlayacaq", - Livitt əlavə edib.
O, söhbətin Zelenskinin fevralın 28-də Vaşinqtona səfəri ilə bağlı olduğunu təsdiqləyib və planların dəyişib-dəyişmədiyini Ağ Evin Milli Təhlükəsizlik Şurasında yenidən yoxlayacağını vəd edib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur