Növbəti görüş İstanbulda olacaq
Fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında görüş keçiriləcək.
Bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.
Onun sözlərinə görə, görüş zamanı iki ölkə səfirliklərinin fəaliyyəti müzakirə ediləcək: “Düşünürəm ki, bu görüşün yekununda nə dərəcədə sürətlə və səmərəli irəliləyə biləcəyimiz aydın olacaq”.
Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş baş tutub. Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edib. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar keçirib.
Onu da bildirək ki, fevralın 25-də Almaniyanın “Zeit” qəzeti həmin gün Ər-Riyadda iki ölkə nümayəndələri arasında növbəti görüşün keçiriləcəyini yazsa da, Rusiya XİN daha sonradan bu məlumatı təkzib edib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur