HƏMAS İsrail hərbçilərinin Netsarim dəhlizini tərk etdiklərini təsdiqləyib

Fələstinin HƏMAS radikal hərəkatı İsrail ordusunun Qəzza zolağının şimal və cənub hissələrini ayıran Netsarim dəhlizindən geri çəkildiyini təsdiqləyib.
Müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.
Qeyd olunub ki, İsrail öz qoşunlarını Netsarim dəhlizindən çıxarıb. Bu, Fələstin xalqının müqavimətinin təntənəsi kimi qiymətləndirilib.
Həmçinin bildirilib ki, HƏMAS müstəqil Fələstin dövləti qurulana qədər İsrailə qarşı mübarizəni davam etdirəcək.
"Ynet" portalı daha əvvəl İsrail qoşunlarının Netsarim dəhlizindən tamamilə çıxarıldığı barədə məlumat yayıb. XalqXeber.Az

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb