XalqXəbər.Az

XalqXeber.Az » Dünya » HƏMAS israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib

HƏMAS israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib

HƏMAS israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib
30-01-2025, 12:41

HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" briqadaları israilli əsir Agam Bergeri Qəzza zolağındakı Cəbaliya düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Telekanalın hadisə yerindən apardığı yayımda Bergerin BQXK-nın avtomobilinə mindiyini göstərib.

Telekanal qeyd edib ki, digər iki girov daha sonra Qəzza zolağının cənubundakı Xan-Yunisdə təhvil veriləcək.

"Əl-Qəssam" briqadaları daha əvvəl Arbel Yehud da daxil olmaqla, üç girovu azad edəcəyini bəyan etmişdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.