Bəşər Əsədin Suriyanı tərk etməsinə Rusiya kəşfiyyatı kömək edib - KİV
“Suriyada hökumət əleyhinə silahlı qruplaşmalar Dəməşqə yaxınlaşdıqda Rusiya prezident Bəşər Əsədə və onun ailəsinə təhlükəsiz təxliyə təklif edib”.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.
Agentliyin adı açıqlanmayan mənbələrinin sözlərinə görə, Bəşər Əsədə Suriyanı tərk etməyə Rusiya kəşfiyyatı kömək edib.
Bildirilib ki, Suriyanın keçmiş prezidenti avibaza vasitəsilə ölkədən çıxarılaraq Rusiyaya aparılıb: “Təyyarə izlənilməsin deyə onun transponderi söndürülüb. Rusiya sabiq prezidenti əmin edib ki, o, silahlı qruplaşmalarla mübarizədə məğlub olacaq”.
Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Rusiyanın Bəşər Əsədin təxliyəsinə yardımla bağlı suala cavab verərkən deyib: “Humanitar jest çərçivəsində zəruri həcmdə yardım göstərilib”. Bununla belə, o, məsələnin detallarını açıqlaya bilməyəcəyini vurğulayıb.
Onu da xatırladaq ki, dekabrın 8-də Suriyada müxalif qüvvələr hakimiyyəti ələ keçirdiklərini və Bəşər Əsədin ölkəni tərk etdiyini açıqlayıblar. Belə iddia olunub ki, o, Dəməşqi təyyarə ilə tərk edib, onun göyərtəsində olduğu hava gəmisi isə radarlardan itib. Daha sonra Bəşər Əsəd və ailəsinin Rusiyadan siyasi sığınacaq aldığı məlum olub.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var