KXDR Cənubi Koreyaya xəbərdarlıq edib
Cənubi Koreyanın yeni hərbi müdaxiləsi müharibə elanı sayılacaq və cavab zərbələri ilə nəticələnəcək.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) Şimali Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlik Seulun hərbi obyektlərinin KXDR ərazisinə, hava məkanına və ərazi sularına təkrar müdaxiləsinin Pxenyan tərəfindən ölkənin suverenliyinə qarşı ciddi hərbi təxribat, habelə müharibə elanı kimi qiymətləndiriləcəyini vurğulayıb.
"Bunun ardınca dərhal cavab zərbələri endiriləcək", - Nazirlik bəyan edib.
Oktyabrın 19-da Cənubi Koreyaya məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqlarının Pxenyanın ərazilərindən birində tapıldığı bildirilib. Koreya Respublikası rəsmiləri bununla bağlı şərh verməyib.
Xatırladaq ki, Koreya Xalq Ordusunun Baş Qərargahı oktyabrın 9-da Koreya Respublikası ilə avtomobil və dəmir yollarını bağlayacağını və “cənub sərhədini qalaya çevirəcəyini” açıqlamışdı. XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var