İran Avropaya bütün uçuşları dayandırır
İranın “Iran Air” aviaşirkəti Avropa istiqamətində bütün uçuşları dayandırır.
Bu barədə məlumatı İranın Aviadaşıyıcılar Assosiasiyasının direktoru Maksud Asadi Samani açıqlayıb.
Bu barədə qərar Avropa İttifaqının sözügedən şirkətə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı verilib. “Iran Air” isə ölkənin Avropaya reyslər həyata keçirən yeganə şirkətidir:
“Ölkəmizdə Avropaya uçuşlar həyata keçirən yeganə aviaşirkət “Iran Air” idi. Avropa İttifaqının yeni sanksiyalarını nəzərə alaraq, İranın heç bir təyyarəsi Avropaya uçmayacaq”.
Xatırladaq ki, oktyabrın 14-də Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısına daxil edilən şirkətlər arasında “Iran Air”, “Saha Airlines” və “Mahan Air” aviaşirkətləri, eləcə də alüminium istehsalçısı “Iran Alumina Company” də olub. Aİ həmin şirkətlərin Rusiyaya ballistik raket göndərilməsində məsuliyyət daşıdığını iddia edib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var