Deputatlara köməkçilər təyin edilib: bu qədər maaş alacaqlar
VII çağırış Milli Məclisin deputatlarına köməkçilər təyin olunub.
Deputat köməkçilərinin dövlət qulluqçusu statusu yoxdur və onların səlahiyyət müddətinə yeni çağırış Milli Məclisin ilk iclas günü xitam verilir.
Qeyd edək ki, deputat köməkçisi institutu ölkəmizdə yeni təsisatlardandır və 2007-cı ilin fevralında yaradılıb.
Deputat köməkçiləri ayda 1200 manat maaş alırlar.
Deputat köməkçisinin təyinatı “Deputatın statusu haqqında” Qanunun tələblərindən irəli gəlir.
Bu qanunun 21-1-ci maddəsində deyilir:
- Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.
- Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.
- Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
- Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var