Braziliyada qasırğa nəticəsində 7 nəfər ölüb
Braziliyanın San-Paulu ştatında baş verən qasırğa nəticəsində azı 7 nəfər ölüb, 1,4 milyona yaxın insan işıqsız qalıb.
"Report"un xəbərinə görə, bu barədə "G1" portalı regionun mülki müdafiə xidməti və elektrik enerjisi təchizatçısı “Enel” şirkətinə istinadən məlumat yayıb.
Hakimiyyət orqanlarının məlumatına görə, iki nəfər ağacların aşması, daha beş nəfər isə divarın uçması nəticəsində həlak olub.
"Enel xəbər verir ki, saat 15:00-a (Bakı vaxtı ilə saat 22:00) 650 min abonentə elektrik enerjisinin verilişi bərpa edilib. Dünən gecə saat 20:00 radələrində (Bakı vaxtı ilə saat 03:00) 2,1 milyon abonent işıqsız qalıb.
Məlumata görə, bəzi istehlakçılar elektrik enerjisinin 14 oktyabr, bazar ertəsi bərpa ediləcəyi barədə bildiriş alıblar.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var