Gürcüstanın təhsil naziri istefa verdi
Gürcüstanın təhsil, elm və gənclər naziri Georgi Amilaxvari istefa verib.
Bu barədə o, yerli mətbuata açıqlamasında bildirib.
“Mən yeni nazirin sistemə rəhbərlik etməsinə imkan vermək üçün seçkilərdən əvvəl vəzifəmi tərk edirəm. Siyasi komandamızın sıravi əsgəri olaraq qalıram və əminəm ki, oktyabrın 26-sı “Gürcü arzusu” inamlı qələbə qazanacaq, ölkənin dinc və güclü inkişafı davam edəcək”, - Amilaxvari deyib.
O, həmçinin özəl sektorda işləməyə davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, G. Amilaxvari 2023-cü ilin martından nazir postunda idi.
Ölkədə parlament seçkiləri oktyabrın 26-sı keçiriləcək.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı