XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Şoltsun Ukrayna ilə bağlı şok planı: Rusiyaya ərazi verilir

Şoltsun Ukrayna ilə bağlı şok planı: Rusiyaya ərazi verilir

Şoltsun Ukrayna ilə bağlı şok planı: Rusiyaya ərazi verilir
9-09-2024, 15:06

 Almaniya kansleri Olaf Şolts Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini istisna etməyən, bir növ yeni Minsk razılaşması olan sülh yolu ilə nizamlanma üçün öz planını hazırlayır.

Bu barədə “La Repubblica” qəzeti Almaniya hökumətinə və Sosial Demokrat Partiyasına yaxın mənbəyə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Almaniya kansleri regional və Avropa seçkilərindəki uğursuzluqlardan sonra öz mövqelərini möhkəmləndirmək üçün Ukrayna kartı ilə oynamaq istəyir.

Qeyd edək ki, Şolts Ukraynadakı münaqişədə sülhə necə nail olmağı müzakirə etməyin vaxtının çatdığını bildirmişdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.