İslam Kərimovun qızının saxlanıldığı yer məlum oldu
“Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ev dustağı deyil, həbsxanada saxlanılır”.
Bunu Gülnarə Kərimovanın adından İsveçrə məhkəməsində çıxış edən vəkili Qrequar Manja “Fergananews”un məsələ ilə bağlı sualına məktubla cavabında bildirib.
“Üç həftə əvvəl mənə məlum oldu ki, müştərim həbsxanadadır. Onun saxlanıldığı həbsxana mənə məlum deyil”, - vəkil vurğulayıb.
“Ferghana”nın baş redaktoru isə bildirib ki, Gülnarə Kərimova hazırda Özbəkistan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.
Qeyd edək ki, Özbəkistan Baş Prokurorluğu ona qarşı 2015-ci ildə ittiham irəli sürüb və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda həbsdədir. Açıqlamada bildirilib ki, Gülnarə Kərimovaya qarşı “külli məbləğdə dövlət əmlakının mənimsəmək, hədə-qorxu ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb. Bu ilin aprel ayında ABŞ-ın Ədliyyə Nazirliyi İslam Kərimovun qızı Gülnarə Kərimovanın adını “rüşvət almaqda və çirkli maliyyə vəsaitlərinin yuyulmasında” şübhəli bildiyini açıq və konkret olaraq bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır