XalqXəbər.Az

XalqXeber.Az » Dünya » "Putinə sui-qəsd cəhdləri ABŞ-nin vəsaiti hesabına hazırlanıb" - Zaxarova

"Putinə sui-qəsd cəhdləri ABŞ-nin vəsaiti hesabına hazırlanıb" - Zaxarova

"Putinə sui-qəsd cəhdləri ABŞ-nin vəsaiti hesabına hazırlanıb" - Zaxarova
14-07-2024, 16:00

 Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun Rusiya prezidenti Vladimir Putinə qarşı təşkil etdiyi sui-qəsd cəhdləri ABŞ-nin vəsaiti hesabına hazırlanıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.

Diplomat qeyd edib ki, Budanov Kiyevin Putinə sui-qəsd cəhdlərini açıq şəkildə etiraf edib.

“Bu sui-qəsd yenə də Amerika pulu ilə hazırlanıb", - deyə o vurğulayıb.
Qeyd edək ki, Ukraynanın Dövlət Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanov Ukraynanın “Yeni səs” nəşrinə müsahibəsində "Putinin həyatına sui-qəsdlər olub, lakin gördüyünüz kimi, onlar uğursuz alınıb” deyə etiraf edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.