SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Makron ölkənin taleyi ilə “rus ruleti” oynayır - Perkes

Makron ölkənin taleyi ilə “rus ruleti” oynayır - Perkes

Tarix:

11-06-2024, 08:40

/ 231 dəfə oxundu.
Makron ölkənin taleyi ilə “rus ruleti” oynayır - Perkes

  
Bazar günü Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların sarsıdıcı məğlubiyyətindən sonra Prezident Emmanuel Makron tərəfindən təyin edilmiş növbədənkənar seçkilər son onilliklərdə Fransada ən taleyüklü səsvermə olacaq.

Bunu Fransanın maliyyə naziri Brüno Le Mer bildirib.

“Bu, Beşinci Respublika tarixində Fransa və fransızlar üçün ən vacib parlament seçkiləri olacaq”, - deyə maliyyə naziri vurğulayıb.

Konservativ Respublikaçılar Partiyasının yüksək vəzifəli xadimi Valeri Pekres isə deyib:

“Heç kimə təşkilatlanmağa vaxt vermədən və hər hansı bir kampaniyanı aparmadan buraxılma - ölkənin taleyi ilə “rus ruleti” oynamaqdır”.

Ekspertlər Makronun qərarını ciddi siyasi risk adlandırırlar, çünki hakim İntibah Partiyası daha böyük itkilərə məruz qala bilər, bu da Makrona 2027-ci ildə prezident müddətini sağ-salamat başa çatdırmağa mane olacaq.

Qeyd edək ki, Fransada növbədənkənar parlament seçkilərinin ilk turu iyunun 30-da, ikinci tur iyulun 7-də baş tutacaq.

Şərhlər

XƏBƏR LENTİ