SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Tarix:

24-04-2024, 10:43

/ 325 dəfə oxundu.
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

İsrail Müdafiə Ordusu gecə saatlarında “Hizbullah” silahlı-siyasi qruplaşmasının Livanın cənubunda yerləşən obyektlərinə, döyüşçülərinə hava və artilleriya zərbələri endirib.

Məlumatı ordunun mətbuat xidməti yayıb.

Bildirilib ki, Livanın Şumr, Tir-Xarf, Markab, Ayta-Əş-Şaab, Maruin Şaxin, Kfar Şub rayonları hücuma məruz qalıb.

Məlumata görə, hücumun hədəfində qruplaşmanın hərbi təyinatlı binaları, müşahidə məntəqəsi, döyüşçülərin bölmələri olub.(“Report”)

Şərhlər

XƏBƏR LENTİ