SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Kadırov qızının şikayətindən sonra məmurların üzərinə öhdəlik qoydu

Kadırov qızının şikayətindən sonra məmurların üzərinə öhdəlik qoydu

Tarix:

4-04-2024, 09:30

/ 491 dəfə oxundu.
Kadırov qızının şikayətindən sonra məmurların üzərinə öhdəlik qoydu

Çeçenistan rəhbəri Ramzan Kadırov məmurları çeçen sakinlərinin mağazalardakı borclarını ödəməyə çağırıb.

Bu barədə o, keçirdiyi iclasda deyib.

Kadırov deyib ki, bu barədə ona qızı Xədicət Kadırova məlumat yazıb.

“Xədicətdən mənə sms gəldi ki, bir çox insanlar maddi imkanı olmadığından borca mal almağa məcburdurlar. Həmin borcları bağlamaqda köməklik etmək yaxşı olardı. Yaxşı olar ki, hərə bir sahəni götürüb oranın sakinlərinin borcunu ödəsin”, - deyə Çeçenistan rəhbəri çağırış edib.

Şərhlər

XƏBƏR LENTİ