SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Putin Paşinyanla İrəvanın KTMT məsələsini müzakirə edəcək? - AÇIQLAMA

Putin Paşinyanla İrəvanın KTMT məsələsini müzakirə edəcək? - AÇIQLAMA

Tarix:

24-02-2024, 11:00

/ 260 dəfə oxundu.
Putin Paşinyanla İrəvanın KTMT məsələsini müzakirə edəcək? - AÇIQLAMA

 
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanın KTMT-yə üzvlüyünün dayandırılması ilə bağlı bəyanatını hələlik müzakirə etməyib.

Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hələlik belə təmaslar üçün heç bir plan yoxdur.

"Hazırda heç bir danışıq planı yoxdur. Amma işgüzar əlaqələr çərçivəsində təbii ki, biz erməni dostlarımızdan nəyin nəzərdə tutulduğunu və işlərin necə olduğunu öyrənmək istəyirik. Ona görə də İrəvanla dialoqlara davam edəcəyik”, - Kremlin rəsmi nümayəndəsi bildirib.

Nikol Paşinyan bu günlərdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dayandırdığını bildirib.

Şərhlər

XƏBƏR LENTİ