SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Paşinyanın bu bəyanatı alçaqlıqdır - Moskvadan sərt AÇIQLAMA

Paşinyanın bu bəyanatı alçaqlıqdır - Moskvadan sərt AÇIQLAMA

Tarix:

2-02-2024, 21:34

/ 317 dəfə oxundu.
Paşinyanın bu bəyanatı alçaqlıqdır - Moskvadan sərt AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığına dair alçaq bəyanatla çıxış edib.

Bu barədə “NEWS.ru”ya açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı Viktor Sobolev deyib.

O, Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazasının olduğunu xatırladıb.

“Mən bu bəyanatdan şoka düşdüm, çünki Ermənistanda Rusiyanın hərbi bazaları - aviasiya bazası, bütöv bir diviziyası var. Və o, belə bir bəyanat verir. Görünür, tamamilə ABŞ-nin təsiri altına düşüb. Amerika da Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətlərini gücləndirir. Bu, gözlənilən idi, lakin Paşinyan tərəfindən səsləndirilən bəyanat alçaqlıqdır”, - Sobolev qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ