SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » `Azəraqrar` MMC-nin SUBSİDİYA FIRILDAĞI... - Büdcəni BELƏ YEYİRLƏR

`Azəraqrar` MMC-nin SUBSİDİYA FIRILDAĞI... - Büdcəni BELƏ YEYİRLƏR

Tarix:

20-05-2024, 11:38

/ 578 dəfə oxundu.
`Azəraqrar` MMC-nin SUBSİDİYA FIRILDAĞI... - Büdcəni BELƏ YEYİRLƏR

Zərdab Rayonu Dəkkəoba kənd sakini Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlu ölkə rəhbərliyinə müraciət ünvanlayıb.

Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
"Kənd Təsərrüfati Nazirliyinin tabeliyində olan "Azəraqrar" MMC-nin Zərdab rayonu ərazisində cəmi 350 hektar əkin sahəsi olsa da, 2020-ci ildə 550 hektar (bəyan nömrələri 1220788,884565,884534,884516) ,2021 ci ildə 700 hektar(bəyan nömrələri 2550646,2470891,2116741,,2071194,) əkin bəyan edərək subsidiya alıblar.

Bu illər ərzində həmin ərazidə "Azəraqrar" MMC-nin pambiq əkini 550 hektar olub. "Azəraqrar"ın hər iki ildə tədarük məntəqələrinə bir kq olsun məhsul təhvili barədə məlumat yoxdur. Amma "Azəraqrar" MMC-nin ərazsində müqavilə ilə icarə əsasinda hər hektari 100 manata pambiq əkən "P-Aqro" MMC-nin aqronomu Azər Teymurovun məhsuldarlığı hər hektardan 55 sentner olub.

"Azəraqrar" MMC-nin 100 hektar icarə ilə yer verdiyi "P-Aqro" MMC-nin direktorunun qardaşı Namiz Həsənov isə 440 ton pambıq verib. Həmin ərazidə orta məhsuldarlıq 50 sentner olduğunu nəzərə alsaq, "Azəraqrar" MMC-nin istehsal etdiyi xam pambıq 2700 ton olmuşdur.

"P-Aqro" MMC-nin Ucarda emal zavodunun olduğunu bilməyən yoxdur. Əgər həmin pambıq orda emal olunub satılıbsa, bu 2700000 dollar və ya 4.6 milyon manat emaldan əldə olan lifin pulu edir. Bəs bu vəsait hanı?.."

DAVAMI VAR...

Şərhlər

XƏBƏR LENTİ