Paşinyan qapalı iclas keçirdi - Göstərişlər verdi
Ermənistanda hakim “Mülki müqavilə” partiyası bir aylıq fasilədən sonra baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə idarə heyətinin qapalı iclasını keçirib.
“Joğovurd” qəzeti “Mülki müqavilə” partiyasının qapalı iclasının eksklüziv təfərrüatlarını əldə edib.
Qəet yazır ki, iclasda Paşinyan partiya üzvlərinə hazırda əsas məsələnin hakimiyyətin qorunub əldə saxlanılması olduğunu söyləyib.
“Joğovurd”un məlumatına görə, Nikol Paşinyan qapalı iclasda silahdaşlarına bildirib ki, Rusiya onun hakimiyyətini devirmək istəyir, buna görə də iqtidarın qorunub saxlanması üçün sərt və aydın addımlar atılmalıdır.
“Fakt budur ki, Paşinyan da çox gözəl başa düşür ki, onun hakimiyyətinin anti-Rusiya addımları nəticəsiz qala bilməz və apardığı qeyri-sabit xarici siyasəti nəticəsində Rusiya artıq Ermənistanı etibarlı tərəfdaş hesab etmir, Ermənistanda hakimiyyət dəyişikliyini istəyir”, - qəzet yazır.
“Joğovurd” bildirib ki, Paşinyan hakim partiyanın üzvlərinə bir sıra təlimatlar verib, onlara cəmiyyəti parçalayıb nifaq salmağı tapşırıb.
“O, silahdaşlarına erməni ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi, əvvəlki hakimiyyətin Rusiyanın köməyi ilə geri qayıtmaq istədiklərini hər cür bəyan etməyi tapşırıb.
Bu planları həyata keçirmək üçün o, bütün resurslardan - qərbpərəstlərdən, deputatlardan istifadə etmək və tezisləri bütün platformalarda yaymaq göstərişi verib”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...