SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Bu Avropa ölkəsi Türkiyədən xahiş etdi

Bu Avropa ölkəsi Türkiyədən xahiş etdi

Tarix:

31-01-2024, 13:00

/ 351 dəfə oxundu.
Bu Avropa ölkəsi Türkiyədən xahiş etdi

Rumıniya Türkiyədən “Bayraqdar” pilotsuz uçuş aparatlarının birgə istehsalını nəzərdən keçirməyi xahiş edib.

Bunu Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan deyib.

“2023-cü ildə Rumıniya bizim “Bayraqdar” TB2 döyüş PUA-larımızdan 18 ədəd alıb. Onların tədarükləri bu il və sonrakı illərdə də davam edəcək. Rumıniyadan bu məhsulların birgə istehsalı üçün müraciəti var”, - o bildirib.

Səfir qeyd edib ki, müdafiə sənayesində bir neçə yarımçıq tender var və Rumıniya şirkətləri ilə əməkdaşlıq türk şirkətləri üçün çox vacibdir:

“Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü Buxarestə gələcək. Bu məsələlərin gündəmdə olacağı gözlənilir”.

Şərhlər

XƏBƏR LENTİ