SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İndoneziyada qatarlar toqquşdu - Ölən və yaralananlar var

İndoneziyada qatarlar toqquşdu - Ölən və yaralananlar var

Tarix:

5-01-2024, 13:03

/ 230 dəfə oxundu.
İndoneziyada qatarlar toqquşdu - Ölən və yaralananlar var

 İndoneziyada 2 sərnişin qatarının toqquşması nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hadisə yerli vaxtla səhər saat 6:03-də Bandunq şəhəri yaxınlığındakı Sikalenqa stansiyasında baş verib. Qatarlardan biri şəhər mərkəzi ilə şəhərətrafı arasında hərəkət edən, digəri isə Surabaya şəhərindən gələn qatar olub. Ölənlər qatarların maşinistləridirlər.
Hazırda hadisə yerində axtarış işləri və təhqiqat aparılır.

Şərhlər

XƏBƏR LENTİ