Saatlarla tıxacda qalan sürücülər qarpız kəsib yedilər - VİDEO
Bu gün Bakının cənub istiqamətindəki girişdə yaranan güclü tıxacda maraqlı anlar yaşanıb.
Xeyli müddət Bayıl qəsəbəsi ərazisində - Salyan şosesindəki tıxacda gözləyən sürücülərdən biri avtomobildən qarpız götürərək kəsib. Digər sürücülərlə birgə qarpızı doğrayan şəxs dilimləri tıxacda gözləyən digər şəxslərə paylayıb.
Həmin şəxs təxminən 2 saat ərzində Lənkərandan Bakıya gəldiyini, lakin paytaxta daxil olandan sonra hərəkətin 40 dəqiqədir dayandığını deyib. Sosial şəbəkələrdə yayılan görüntülər maraqla qarşılanıb.
Qeyd edək ki, bu gündən paytaxtın cənub girişi istiqamətindəki əsas prospektlərdən olan Neftçilər prospektində təmir işlərinə başlanılıb. Nəticədə tıxac yaranıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır