Keçmiş məhkumları yenidən cinayətə təhrik edən səbəb: İşsizlik - NƏ ETMƏLİ?
Əli Vəliyevin 23 yaşı var. İki il öncə hərbi xidmətini başa vurub.
Hərbi xidmətdə olarkən intihara cəhd etdiyinə görə, barəsində 9 ay müddətinə məhkumluq cəzası tətbiq edilib. Sonra həmin qərar şərti sınaq müddəti ilə əvəz edilib. Deyir, hərbi xidmətdən qayıtdıqdan sonra iş tapmaq müşgülə çevrilib. İş üçün müraciət etdiyi yerlər "məhkumluqla işə götürmək alınmır" deyib, Əliyə iş verməkdən imtina edirlər.
Əli müraciət etdiyi iş yerlərində diskriminasiyaya məruz qalırmı? Əgər şirkətlər məhkumluğu bəhanə gətirərək iş verməkdən imtina edirlərsə, bu halda Əli hansı addımları atmalıdır?
İnsan hüquqları üzrə müvəkkili, OMBUDSMAN aparatının nümayəndəsi Rəşad Səmədov Toplum Tv-yə bildirib ki, müvəkkil o halda müdaxilə edə bilər ki, əgər vətəndaş aidiyyatı dövlət orqanına müraciət edibsə və dövlət orqanı vətəndaşın hüquqlarının pozulması ilə bağlı məsələyə baxmayıbsa, o halda OMBUDSMAN həmin dövlət orqanının hərəkətləri ilə bağlı araşdırmaya başlayır.
Hər il vaxtilə məhkum olunmuş insanlar azadlığa buraxılır. Təkcə ötən yarım ildə ümumilikdə 4873 şəxs barəsində amnistiya tətbiq edilib. Keçmiş məhbuslar adətən sosial həyata adaptasiya olmaqda, iş tapmaqda çətinlik çəkirlər. Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü, hüquqşünas Sahib Məmmədov Toplum Tv-yə verdiyi müsahibəsində söyləyib ki, bütün cəmiyyətlərdə kriminal keçmişi olanlara qarşı önyarğı olur, amma bunun da çıxış yolu var.
[media=https://youtu.be/CkHK-LPyp0o]

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır