İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? -VİDEO
Bir neçə ay öncə "Elay" şadlıq sarayında qanunsuz tikinti işləri aparılması ilə bağlı İTV kanalında sujet hazırlanmışdı. Sujetdə bildirilirdi ki, Elay şadlıq sarayına bitişik 4 mərtəbəli obyekt inşa edilib...
Azərbaycanda vəzifə başında olan məmurların gəlirli biznes sahələrinə, bahalı obyektlərə, mənzillərə sahib olması artıq adi hala çevrilib. Son illər biznes sahəsi ilə məşğul olan məmurların sayı isə artıb.
Əldə etdiyimiz məlumata görə belə məmurlardan biri də Bakı Şəhər Ticarət və Xidmət Departamenti direktoru İntiqam Məmmədovdur. Uzun illər dövlətin müxtəlif vəzifələrində çalışan İntiqam Məmmədov özünə ciddi biznes sahələri yaradıb. Əldə etdiyimiz məlumatda bildirilir ki, Bakı şəhəri, Səbail rayonunun 20-ci sahə adlanan ərazisində “Elay” Şadlıq Sarayı İntiqam Məmmədova məxsudur.
Xatırladaq ki, bir neçə ay öncə Elay şadlıq sarayında qanunsuz tikinti işləri aparılması ilə bağlı İTV kanalında sujet hazırlanmışdı. Həmin sujetdə bildirilirdi ki, Elay şadlıq sarayına bitişik 4 mərtəbəli obyekt inşa edilib. Piyada yolunun üstündə tikilən obyekt özbaşına tikilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi açıqlamasında bildirmişdi ki, obyekt qanunsuz inşa edilir və tikinti dayandırılacaq.
Aldığımız məlumata görə İntiqam Məmmədov Elay şadlıq sarayına bitişik tikdirdiyi 4 mərtəbəli obyektin sənədləşdirmə məsələsini artıq həll edib.
Qeyd edək ki, Elay şadlıq sarayı və ona bitişik yeni inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çox dəyərləndirilir.
Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamenti direktoru münasibət bildirmək istəmədi.(Yenixeber.org)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır