Meyit donordan orqan götürülməsi mümkün olacaq? - VİDEO
Azərbaycanda ürək və ağciyər transplantasiyası əməliyyatlarının bu günə qədər icra oluna bilməməsinin səbəbi odur ki, meyit donordan orqan götürülməsi mümkün deyil. Əvvəl bu qanunla tənzimlənmədiyindən mümkün olmurdu, hazırda isə qanun icazə versə də, insanlar bu məsələyə isti yanaşmır.
Modern.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin yanında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, qaraciyər çatışmazlığından əziyyət çəkən xəstələrin sayı da olduqca çoxdur.
Onun sözlərinə görə, bir xəstənin bir illik dializ müalicəsi təqribən 16 min manatdır.
Xəstəyə böyrək köçürülməsi də eyni məbləğdir. Bu səbəbdən orqan köçürülməsinin tez baş tutması həm xəstənin ağrıdan qurtulmasına, həm də rəsmi qurumların iqtisadi cəhətdən xərclərinin azalmasına gətirib çıxaracaq.
Meyitin donor olması üçün isə beyin ölümü gerçəkləşməlidir. Əsas problem də elə budur. Ölkədə həkimlərin çoxu tərəfindən beyin ölümü gerçəkləşmiş xəstələrə “beyin ölümü” diaqnozu qoyulmur.
Koordinasiya Mərkəzi bir ildir fəaliyyət göstərsə də bu müddət ərzində könüllü donor olmaq üçün sadəcə 30-a yaxın adam müraciət edib.
Ətraflı süjetdə:

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır