“Facebook”da yenilik: Sosial statusu müəyyənləşdirəcək
“Facebook” istifadəçilərin sosial statusunu müəyyən edə bilən yeni alqoritm tətbiq etməyə hazırlaşır.
Bu barədə “Ubergizmo”da məqalə dərc olunub.
Patent hələ 27 iyul 2016-cı ildə qeydiyyata alınsa da, onun mövcudluğu yalnız bu gün məlum olub. Məlumata görə, sosial şəbəkədə istifadəçilərə aid verilənləri, o cümlədən, onun yaşı, cinsi, fotoşəkilləri, selfiləri və digər məlumatları toplayaraq təhlil edən alqoritm istismara verəcək.
Əldə olunmuş informasiya əsasında “Facebook” bu və ya digər istifadəçinin nə qədər qazandığını təxmin edə biləcək.
Sosial şəbəkə insanları sosial statusuna uyğun qruplaşdıracaq və onları “fəhlələr”, “tələbələr”, “orta sinif” və digər kateqoriyalara ayıracaq. “Facebook”un istifadəçilərə göstərəcəyi reklam “sosial status” meyarı əsasında nümayiş olunacaq.
Məsələn, “yuxarı sinfi” təmsil edən istifadəçilərə endirim və kuponlarla bağlı kampaniyalardan çox bahalı avtomobillərin reklamları göstəriləcək.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub