Özbəkistan öz “WhatsApp”ını yaratdı
Özbəkistan öz messencerini yaradıb.
Ani məlumatlar xidməti “Uzphone” adlandırılıb.
Tərtibatçıların hesablamalarına əsasən, bu messencer “Skype”, “Viber”, “Whatsapp” və “Telegram” kimi əlavələrin analoqu olmalıdır.
“Özbəktelekom” şirkətinin filial müdiri Marat Fəttahov bildirib ki, hazırda xidmət alfa sınaqlar mərhələsindədir. Onun vasitəsilə məlumatlar göndərmək mümkündür. Ancaq onu nə yükləmək, nə də istifadə etmək olar. Tərtibatçı beta sınaqlar mərhələsini iki aydan sonra işə salmaq niyyətindədir, gələn ilin əvvəlində isə “Uzphone”u geniş auditoriyaya təqdim etməyə söz veriblər.
Qeyd edilir ki, Özbəkistanda şəxsi ani məlumat mübadiləsi xidmətinin yaradılması ehtiyacı bir sıra faktorlarla bağlıdır. Bu, xüsusilə xarici ölkələrə gedən gəlirlərin ölkədə saxlanılması istəyindən irəli gəlib. Həmçinin istifadəçiyə daha az internet trafiki xərcləyərək analoji xidmətlərdən istifadə etmək imkanı təqdim etməkməqsədi daşıyır.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub