Facebook saxta xəbərlərlə mübarizəyə başlayıb
Facebook Almaniyada saxta xəbərlərin yayılmasına qarşı mübarizəyə başladığını elan edib.
ABŞ-ın sosial media şirkətinin Almaniyadakı ofisindən verilən məlumata görə, saxta bilgilərin yayılmasını önləməkdən ötrü keçən aydan işə başlayıblar, yaxın həftələrdə bu məsələylə bağlı yeni ölçülər götürüləcək.
ABŞ-ın kəşfiyyat orqanları saxta xəbərlərin ölkədəki seçki prosesinə təsirini ortaya çıxarandan bəri Facebook ciddi qınaqla üzləşib. Ona görə də şirkət Almaniyada seçkiqabağı xüsusi tədbirlər görməyə, müdaxiləçilərin saxta xəbərlər yaymaqla seçkiyə təsir etməsini önləməyə çalışır.
Saxta olduğu güman edilən xəbərləri Facebook nişanlayacaq, amma pozmayacaq.
Bu payız Almaniyada parlament seçkiləri olmalıdır. Rəsmilər millətçilərin, həm də xarici hakerlərin saxta xəbərlərdən yararlanaraq, prosesə təsir göstərməyə çalışacaqlarından narahatdırlar.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub